#

XTNS-nin “Azərbaycan” pavilyonunda “Kino gecəsi” olacaq

XTNS-nin “Azərbaycan” pavilyonunda “Kino gecəsi” olacaq
27 avqust 2022
# 16:40

Avqustun 27-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Kino gecəsi” adlı illik ümumrusiya aksiyası başlanacaq.

Kulis.az xəbər verir ki, Rusiya Kinosu Gününə həsr edilmiş tədbir Moskva vaxtı ilə saat 20:00-da başlanacaq.

“Azərbaycan” pavilyonu tamaşaçılara Azərbaycan Kinematoqrafçılarının qızıl fondunu təşkil edən “Arşın mal alan” və “Qorxma, mən səninləyəm” musiqili komediyalarını təqdim edəcək.

“Kino gecəsi” adlı illik aksiya artıq yeddinci dəfədir ki, keçirilir. Açıq kinoteatrlarda, konsert salonlarında, muzeylərdə və kitabxanalarda qonaqlar üçün mühazirə və ekskursiyalar, ustad dərsləri və aktyorlarla görüşlər, konsertlər təqdim olunacaq, məşhur filmlər nümayiş etdiriləcək.

“Kino gecəsi” aksiyasının təşkilatçıları Rusiya Mədəniyyət Nazirliyi, Kino Fondu və “Kultura.RF” portalıdır.

# 1099 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #