Xilası olmayan Azər Paşa Nemətov - Şahbaz Xuduoğlu yazır...

Xilası olmayan Azər Paşa Nemətov - Şahbaz Xuduoğlu yazır...
6 iyun 2022
# 15:40

Dünən Müşfiqin 110 illiyinə həsr olunmuş "Ah bu uzun sevda yolu" tamaşasına baxdım. Tamaşanın quruluşçu rejissoru Azər Paşa Nemətovdur. Teatrın bədii rəhbəri isə Azər Paşa Zəfəroğludur. İnanın ki, bunlar iki fərqli insanlardır.

Tamaşadan sonra aktyorlardan "necə oldu?" soruşanlara "yaxşı oldu" dedim.

Məncə aktyorlar yeganə peşə sahibləridir ki, onlara yalan danışmaq olar. Amma onları səhnədə insafsızcasına istismar etmək olmaz. Həm də səhnə aktyorun oksigenidir, onunla manipulyasiya edilməz.

Bizim bir romantik şairimiz var, nakam şairi gənckən sistem güllələdi. Amma Azər Paşaya görə Müşfiq Lenini, Stalini tərənnüm etdiyi üçün güllələnib. Müşfiq qorxaq və iradəsiz olub. Təzyiqlərin qarşısında dözməyib, sınıb. Gecə gündüz ağlayıb, sızlayıb, mərhəmət umub, sona qədər naivcəsinə inanıb ki, partiya onu xilas edəcək...

Nə bir dekorasiya işi, nə də geyim. Aktyorlar gündəlik paltarları ilə səhnəyə çıxırlar. Kompozisiya boyu Dilbər Axundzadə 3 dəfə paltar dəyişir, Müşfiq iki dəfə. Hər ikisini də, məncə, oyunçular evlərindən gətiriblər.

Dekorasiya kimi dəxli olmayan budaqlar və qapılar quraşdırılıb, səhnə fırlansa da mənzərə dəyişmir. Aktyorlar səhnənin dərinliyində nə danışırlar eşidilmir, çünki səhnəyə səs ötürücü qoyulmayıb.

Əsərin ən komik nöqtəsi prezidentin iki il əvvəl Müşfiqin 110 illiyi ilə bağlı imzaladığı fərmanın oxunması oldu. Yaltaqlığın unikal nümunəsi hesab edərək onu səsləndirmək güman ki, Azər Paşanı xilas etməyəcək.

# 3225 dəfə oxunub

Müəllifin son yazıları

# # #