Xəyal Rza: "Yazıçı ilə görüşə bilet ala bilmirlər?" - Açıqlama

Xəyal Rza:  "Yazıçı ilə görüşə bilet ala bilmirlər?" - Açıqlama
10 avqust 2023
# 16:06

Kulis.az Xalq yazıçısı Anarın ödənişli yaradıcılıq gecəsi ilə bağlı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın açıqlamasını təqdim edir:

"Belə məsələlərə normal yanaşmaq lazımdır. Əvvəla, bu, Yazıçılar Birliyinin layihəsi deyil, Opera Studiyasının layihəsidir. İkincisi, orada bir neçə dəfə Çingiz Abdullayevlə ödənişli görüş keçirilib, təlabat çox olduğu üçün ikinci və üçüncüsü də təşkil olunub..."

Xəyal Rza qeyd edib ki, bu cür tədbirlər digər yazıçılar üçün də örnəkdir:

"Yazıçınının ödənişli görüşü normaldır. Təəccüblü nə var ki? Müxtəlif konsertlərə baha qiymətə bilet ala bilirlər, amma yazıçı ilə görüşə bilet ala bilmirlər? Müəllif hüququ deyilən bir şey var dünyada. Necə ki şairlərə, alimlərə televiziya kanallarındakı çıxışlarına görə qonarar verilir, bu da ona bənzər bir şeydir.
Düşünürəm ki, bu layihə daha da inkişaf etməli, təkmilləşməlidir. Yaxşı örnəkdir, inşallah, digər qələm adamlarının da ödənişli görüşləri keçirilər..."

Qeyd edək ki, oktyabrın 22-də Xalq yazıçısı Anarın ödənişli yaradıcılıq gecəsi keçiriləcək.

# 1808 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #