Məşhur yazıçılar süni intellektə qarşı

Məşhur yazıçılar süni intellektə qarşı
19 iyul 2023
# 14:30

Aralarında Marqaret Etvud və Syüzen Kollinzin də olduğu 8 mindən çox yazıçı əsərlərinin süni intellekt modellərinin öyrənilməsində istifadə olunmasının əleyhinə çıxıblar.

Kulis.az “Hypebeast”a istinadən xəbər verir ki, müəlliflər öz kitablarının süni intellektin təkmilləşməsində istifadəsinə görə qonarar tələb edirlər. Onlar, həmçinin bəzi texnologiyaların bu əsərlərin müəllif üslubunun surətini çıxarmasına şərait yaratması ilə də razı deyillər.

Yazıçıların məktubu “OpenAI”nin rəhbəri Sem Altmana, “Alphabet”in başçısı Sundar Piçaiyə, “Meta”nın təsisçisi Mark Zukerberqə və digər texnologiya kompaniyalarının rəhbərlərinə ünvanlanıb. Müəlliflərin bu məktubunda deyilir: “Generativ süni intellekt texnologiyaları öz mövcudluğunu bizə borcludur”. Onlar müəllif hüquqlarını qorumağı və yazıçıların əsərlərindən istifadə üçün təzminat ödəməyi tələb ediblər. Onların fikrincə, bu kitablar olmadan “süni intellekt bəsit və son dərəcə məhdud olardı”.

Məktubun sonunda qeyd olunub: “Bizim mətnlərin sizin sistemlərə daxil edilməsi nəticəsində generativ süni intellekt bazarı aşağı səviyyəli, maşınların yazdığı kitablar, hekayələr və publisistik materiallarla doldurula bilər ki, bu da bizlərin peşəsinə ziyan vuracaq”.

# 1076 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #