Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir
27 noyabr 2024
# 13:32

Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteyn Nyu-Yorkun səhiyyə sistemini məhkəməyə verir.

Kulis.az xəbər verir ki, keçmiş prodüser həbsxana şəraitinin uyğunsuzluğuna görə 5 milyon dollar tələb edir

Vaynşteyn Rikers İsland həbsxanasında antisanitar şəraitdən və pis tibbi xidmətdən narazıdır.

Prodüserin vəkili İmran Ənsari “Sonuncu dəfə Vaynşteynə baş çəkdiyim zaman onun həbsxana paltarına sıçrayan qan gördüm. Paltarlar həftələrdir yuyulmur. Ona təmiz alt paltarı belə vermədilər” deyə, bildirib.

Ənsari belə şəraitin ağır xəstəliyi olan şəxs üçün uyğun olmadığunu vurğulayıb. İddia olunub ki, prodüser hər dəfə tam sağalmadan həbsxanaya qaytarılıb.

Qeyd edək ki, bir müddət əvvəl 72 yaşlı keçmiş prodüserə sümük iliyi xərçənginin bir növü - xroniki miyeloid leykemiya diaqnozu qoyulub

2020-ci ildə Nyu-Yorkda keçirilən məhkəmə prosesindən sonra prodüser zorlama və cinsi zorakılığa görə 23 il həbs cəzasına məhkum edilib. Keçən ilin fevralında isə ona 2013-cü ildə Los-Ancelesdə aktyora təcavüz etdiyinə görə də 16 il həbs cəzası verilib.

Xatırladaq ki, Harvi Vaynşteyn hazırda Nyu-Yorkda həbsxanadadır. Bundan əvvəl o, ürək əməliyyatı keçirib.

# 322 dəfə oxunub

Müəllifin son yazıları

# # #