Xəlil Rza Ulutürk Bəxtiyar Vahabzadə ilə birlikdə oğlunun dəfnində - Foto

Xəlil Rza Ulutürk Bəxtiyar Vahabzadə ilə birlikdə oğlunun dəfnində - Foto
30 oktyabr 2023
# 15:10

Kulis.az Xalq şairləri Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadənin nadir fotosunu təqdim edir.

Qeyd edək ki, foto 1992-ci il Xəlil Rza Ulutürkün oğlu Təbrizin dəfnində çəkilib.

Təbriz Xəlilbəyli 1964-cü il 12 fevral Bakı şəhərində Xəlil Rza Ulutürkün ailəsində doğulub. 1981-ci ildə 18 saylı orta məktəbi bitirib.

Ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yola düşüb. Təbrizin döyüş yolu qısa olsa da, o cəbhədə tezliklə öz cəsarəti ilə ad-san qazanıb. O, döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv edib. Təbriz 1992-ci il yanvarın 31-də qanlı döyüşdə qəhrəmancasına həlak olub.

Təbriz Xəlilbəyli ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

# 1053 dəfə oxunub

Müəllifin son yazıları

# # #