Psixikası yerində deyil, getsin evlənsin - Rəşad Məciddən gənc şairə cavab

Psixikası yerində deyil, getsin evlənsin - Rəşad Məciddən gənc şairə cavab
27 may 2019
# 11:51

Bu yaxınlarda gənc şair Emin Piri Azərbaycan Yazıçılar Birliyi haqqında kəskin fikirlər bildirib. Şairin statusları sosial şəbəkədə böyük reaksiya doğurub.

Kulis.az məsələ ilə bağlı AYB-nin Gənclər üzrə katibi Rəşad Məcidlə əlaqə saxlayıb. R. Məcid Emin Pirinin fikirlərinə bu cür münasibət bildirib:

“Emin Pirinin Yazıçılar Birliyindən hansısa umacağı, təmənnası varsa və yaxud kitabının çap olunmasını arzulayırsa birliyə müraciət edə bilər. Onun atası Yazıçılar Birliyinə müraciət edibmi, nə baş verib, bunu bilmirəm. Eminin problemini, dərdini anlamıram. Qaldı Pərvinlə bağlı suala... Pərvin harda qabağa çəkilib? Bəlkə Pərvin fəxri ad alıb? Bu Eminin psixoloji problemidir. Pərvin Anar yaradıcılığından müdafiə edib, Anar yaradıcılığını əzbər bilir, Anarın 9 kitabına ön söz yazıb.

Pərvin bizim gənclər arasında ən zəhmətkeş gənclərdən biridir. Ona görə Eminin açdığı bu müzakirəni yersiz hesab edirəm. Və arzulayıram ki, Emin Piri evlənsin, toy eləsin, biz də toyuna gələk. Emin indi orta məktəbdə müəllimdir. Bizim bir çox yazıçıların bioqrafiyasında bu var. Eminə həmişə diqqət göstərmişik, Gənc Ədiblər Məktəbinin kordinatoru eləmişik, hər yerdə onu önə çəkmişik. İndi öz-özünə dağda-bağda nə fikirləşib, nə yadına düşüb, nə fantaziya qurub, nə psixoloji sapıntıları var, deyə bilmərəm. Mən arzu edirəm ki, Emin getsin evlənsin.

Onun yazdıqları sərsəm fikirlərdir. Belə başa düşdüm ki, Emin Pirinin halı özündə deyil”.

# 2011 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #