78 yaşlı aktrisa 22 il birlikdə yaşadığı sevgilisi ilə evləndi

78 yaşlı aktrisa 22 il birlikdə yaşadığı  sevgilisi ilə evləndi
7 noyabr 2023
# 17:54

78 yaşlı Türkiyəli aktrisa Zerrin Sümer 22 il birlikdə yaşadığı sevgilisi ilə 8 ay əvvəl evləndiyini etiraf edib.

Kulis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa bu barədə "Gökay Kalaycıoğlu ilə 360 dərəcə" verilişində qonaq olarkən danışıb.

"7-8 ay əvvəl ailə qurdum. Heç kimin xəbəri olmadı. İllər əvvəl İstanbulda yaşayarkən bir gecə çox xəstələndim. Telefona belə cavab verə bilmirdim. Öz-özümə dedim ki, belə olmaz. Oğluma dedim ki, həyatıma kimisə daxil edəcəm. O da cavabında bildirdi ki, razıdır, amma evlənməyimi istəmir.

Həmin gecə telefona cavab verə bilməməyim mənə çox təsir etdi. Qorxdum bir az. 1-2 ildən sonra indiki həyat yoldaşımla görüşdük.Mənə qayğı göstərməsi xoşuma gəldi. Açıq şəkildə ondan xoşum gəldiyini dedim. Çox təəccübləndi. Evlilik təklifini o, etdi. 22 ildir bir evdə yaşayırıq. Biz söhbət edərkən birdən dedi ki, səninlə evlənək. Mən də hə dedim".

Aktrisa ilk həyat yoldaşından xəyanətə görə boşandığını da bildirib.

# 658 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #