İşdən çıxarılan aktyor: “Ərizəni istəmədən yazmışam”

<b><span style="color:red;">İşdən çıxarılan aktyor:  “Ərizəni istəmədən yazmışam”</b>
18 oktyabr 2017
# 14:24

Dünən Akademik Milli Dram Teatrında oynanılan “Almaz” tamaşasında Əməkdar artist, aktyor Ayşad Məmmədovun yerinə tamaşaya başqa aktyor çıxarılıb.

Ayşad Məmmədov Kulis.az-a açıqlamasında bildirib ki, oktyabrın 17-də “Almaz”da Ocaqqulunu oynamalı ikən, trupppa müdiri zəng edib onun yerinə Ramin Şıxəliyevin səhnəyə çıxacağını deyib: “Mən işdən azad olunmağım haqda ərizə yazmışam, amma bunu istəmədən yazmışam. Rəhbərliyə də demişəm. Onlar da nəzərə alacaqlarını deyiblər. Amma hər hansı bir əmr olmadan rollarımı bölüşdürüblər. “Qətibə İnanc”da məşq etdiyim Sultan Toğrul rolunu da başqa aktyor Kazım Abdullayevə veriblər. Mən öz işini də, dövlətini də sevən adamam və dövlətə qarşı hansısa çıxış etdiyim də olmayıb”

Aktyorun mitinqdə iştirakına görə işdən çıxarıldığı iddia edilir.

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında bu məsələdən danışmışdı: “Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”.

# 1114 dəfə oxunub

Müəllifin son yazıları

# # #