Kral ailəsi ilə qohum olan 10 məşhur - Siyahı

Kral ailəsi ilə qohum olan 10 məşhur - Siyahı
11 aprel 2024
# 14:50

Ancelina Coli və Beyons da daxil olmaqla bəzi məşhur ulduzların kral ailəsinin üzvləri ilə qohum olduqlarını bilirdinizmi?

Kulis.az kral ailəsi ilə qohum olan 10 məşhurun siyahısını təqdim edir.

Madonna - Kraliça Kamilla

Pop kraliçası və İngiltərə kraliçası Kamilla eyni fransız dülgərin nəslindəndir.

Bred Pitt - Kraliça II Yelizaveta

Blokbaster filmlərin ulduzu Pitt Kraliça Elizabetin qohumudur.

Beyons - Kraliça II Yelizaveta

Beyonsun Britaniya kral ailəsi ilə qohumluq əlaqəsi var. Ulduz kraliça Yelizavetanın uzaq qohumudur.

Ancelina Coli - Kraliça II Yelizaveta

Ancelina Coli kral ailəsinin üzvü ilə qohum olan başqa bir məşhurdur.

Benedikt Kyumberbaç - III Riçard

Kyumberbaç "BBC"nin "Hollow Crown" serialında III Riçardı canlandırmaqla yanaşı, həm də monarxın qohumudur.

Qay Riçi - I Eduard

Qay Riçi sadəcə ingilis kinorejissoru deyil. O, həm də kral soyundan gəlir.

Tilda Suinton - I Robert

Mütəxəssislərin fikrincə, ingilis aktyor Şotlandiya kralı Robert Bryusun qohumudur.

Hyu Qrant - Kraliça II Yelizaveta

Hyu Qrantın VIII Henri ilə də qohum olduğu deyilir.

Riçard Gere - Kraliça II Yelizaveta

“Gözəl qadın” filmi ilə tanınan amerikalı aktyor Riçard Gere də Kraliça II Yelizavetanın qohumudur.

Hilari Daff - Kraliça II Yelizaveta

Tanınmış aktrisa, müğənni Hilari Daff Kraliça II Yelizavetanın uzaq qohumudur.

# 620 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #