Qıdığı gələn heyvanlar – Gülüş haqda bilmədiyimiz 10 FAKT

Qıdığı gələn heyvanlar – <span style="color:red;">Gülüş haqda bilmədiyimiz 10 FAKT
27 dekabr 2017
# 15:30

Kulis.az gülüş haqqında bilmədiyimiz on maraqlı faktı təqdim edir.

1. Qıdığı gələn heyvanlar

Qıdığı gələn birinci heyvan siçovuldur. Ancaq şimpanzelərin və itlərin də qıdığı gəlir. Siçovulları qıdıqlasanız güləcəklər. Gülən siçovullar bir-biri ilə daha rahat ünsiyyətə girib oynaşırlar.

2. Gülüş və zarafat

Gülüş heç də uğurlu zarafatdan asılı deyil. Bizə yaxın olanlar zarafatlaşanda daha çox gülürük. Gülməyi reaksiyadan çox ünsiyyət üsulu sayırlar.

3. Gülüş yoluxucudur

Gülməli olmayan hallarda belə başqasının gülüşünə qoşulmağa hazırlaşmağımız üzümüzün əzələlərini buna hazırlamağımızdan hiss olunur. Birinin gülüşə göstərdiyi yoluxucu reaksiyanın səviyyəsi, gülüşün nə qədər səmimi olub-olmadığını anladığını göstərir. Başqa sözlə, gülüş eşidəndə ona qoşulmağımız həmin gülüşün ürəkdən gəldiyinə inanmağımızla bağlıdır.

4. Tanıdığınız şəxslərin uğuru

Image result for gülen insanlar

Gülüş gülüş gətirir. Buna görə bir çox yumor şoularında səhnədə olan aparıcılar çıxışlar arasında auditoriyadakı gülüşün sovuşmasına imkan vermirlər. Lakin adamın tanış olub-olmaması gülüşü müəyyən edən şərtlərdəndir. Məşhur adamların zarafatları daha gülməli görünür.

5. Səmimi gülüş

Image result for gülen insanlar

Qəsdən gülməklə səmimi gülüşü insanlar instinktiv olaraq biri-birindən ayırırlar. Təcrübə göstərir ki, bu gülüşlər beynin müxtəlif hissələri bağlı aktlardır.

6. Gülüş kalori yandırır

İnsan güləndə qaçmaqdan daha çox kalori yandırılır. On dəqiqədən artıq gülmək ürəyin aktivliyini artırır və 40-dək kalorinin yox edir.

8. Gülüşün yeri

Image result for gülen insanlar

Söhbət vaxtı adamlar adətən fikir tam bitəndə gülürlər. Bu qaydaya hətta işarə dilində danışanlar da əməl edir. Bundan istifadə etmək xüsusi məharət tələb edir. Gülüş ustaları bu məsələyə xüsusilə həssas yanaşırlar.

7. Güluş - münasibətin qarantıdır

Image result for gülen insanlar

Güləyən və zarafatcıl tərəf müqabillərinin münasibəti başqaları ilə müqayisədə daha uzunömürlü olur. Emosional cəhətdən yaxın olan adamlar gülüşdən istifadə etməlidir. Gülüş təkcə fiziki cəhətdən deyil, münasibətlərin də sağlamlığı demədir.

9. Gülüş cəzbedicidir

Image result for gülen insanlar

Yumor hissi intellektual göstərici sayılır və insanın istedadlı olmasına dəlalət edir. Ona görə gülən və güldürən adamlar həmişə cazibədar olur, hər cür ünsiyyətdə uğur qazanırlar.

10. Mümkünsüz gülüş

Image result for gülmek

Bəzən gülüşü boğmaq istəyəndə o daha da güclü olur və insanın içindən vulkan kimi püskürür. Hətta səni pərt də edir.

Gülüşünüz əskik olmasın!

Image result for gülen insanlar

# 3512 dəfə oxunub

Müəllifin son yazıları

# # #