Xocalı qurbanları Sevinc Elsevərin tamaşası ilə anılacaq

Xocalı qurbanları Sevinc Elsevərin tamaşası ilə anılacaq
22 fevral 2016
# 14:35

Fevral ayının 25-i saat 15:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Suraxanı rayon İcra Hakimiyyətində keçiriləcək tədbirdə iştirak edəcək. Teatrdan Kulisə verilən məlumata görə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbirdə teatrın yaradıcı heyəti “Arzu və Murad” tamaşası ilə çıxış edəcək.

Fevral ayının 26-da saat 14:00 və 16:00-da Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə Dövlət Gənc Tamaşaçılar Teatrında təbdir keçiriləcək. Tədbirdən əvvəl teatrın kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarını xatirəsini yad edəcəklər.

Daha sonra Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.

# 1699 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #