Bu istidə çadrada necə dözürsünüz? - Ən Maraqlı Cavablar

Bu istidə çadrada necə dözürsünüz?  - <span style="color:red;">Ən Maraqlı Cavablar
13 iyul 2018
# 15:30

Sosial şəbəkələr üz-üzə verməyə utandığımız sualları istənilən adama ünvanlamağımız üçün çox əlverişlidir. Bu fürsətdən istifadə edən “Başakcığım” adlı Tvitter istifadəçisi çadralı qadınlara sual verib: “Bu istilərdə çadrada necə dözürsünüz?”

Kulis.az ən maraqlı 11 cavabı təqdim edir

1. Anam bayıra çıxanda baş örtüyünü isladır, quruyunca qayıdıb gəlir.

2. Evdən sərin düşəndə çıxıram

3. “Yandırma, ya Rəbbi” musiqisini dinləyərək gəzirəm.

4. Boyunbağı-veltilyator axtarıram.

5. İstini keçək, üzümün örtülməyən yerləri qaralır, ala-bula oluram.

6. İmanı verən, səbri də verir.

7. Saçımı kəsdirdim. İsladıb sonra çadra geyinirəm.

8. Ölüm-qalım məsələsi deyilsə, bayıra çıxmıram.

9. Bu sual heç vaxt ağlıma gəlməyib, artıq çadranı bədənimin bir parçası kimi qəbul edirəm.

10. “Sən bu istiyə dayana bilmirsənsə, cəhənnəmin qızmar oduna necə dayanacaqsan” – deyib özümə təsəlli verirəm.

11. Pis hava yoxdur, yanlış seçim var.

# 1461 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #