Devid Linç: "Kinoteatrların dövrü bitib"

Devid Linç:  "Kinoteatrların dövrü bitib"
25 aprel 2023
# 12:30

Amerikalı kinorejissor Devid Linç “Cahiers du Cinema” jurnalının fransız nəşrinə müsahibəsi zamanı kinoteatrların dövrünün axın platformaları səbəbindən bitdiyini deyib.

Kulis.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Linçin sözlərinə görə, koronavirus pandemiyası kinoteatrların tarixinə son qoyub: “Bədii filmlər çətin günlərdən keçir, televiziya şouları artıq onların yerini tutub. Bu məyusedicidir".

Linç qeyd edib ki, kinoteatrlarda baş verən prosesləri görəndə kədərlənir: “Ən çətini kinoteatrlarla vidalaşmaqdır. Kinoteatrların sahibləri kino sevgisindən möhkəm yapışmalıdırlar. Sevindirici haldır ki, indi az da olsa, kinoteatrların ayaqda qalması üçün mübarizə aparan qəhrəmanlar var”.

# 745 dəfə oxunub

Müəllifin son yazıları

# # #