İşdən çıxarılan Əməkdar artist: "Azərpaşa Nemətov mənə təzyiq edirdi"

<span style="color:red;">İşdən çıxarılan Əməkdar artist:  "Azərpaşa Nemətov mənə təzyiq edirdi"
6 mart 2018
# 13:51

“İşdən çıxarılmağımla bağlı harasa müraciət də edə bilərəm. Sadəcə bəzi səbəblər var, ona görə etmirəm. Hələlik o səbəbləri açıqlamaq istəmirəm”.

Bu sözləri bu günlərdə Akademik Milli Dram teatrındakı işindən kənarlaşdırılan əməkdar artist İlham Hüseynov Kulis.az -a açıqlamasında deyib. O rəhbərliyin qeyd etdiyi kimi işdən kənarlaşdırılmasına intizamsızlıq və davamiyyəti pozmasının səbəb olması fikri ilə razılaşmır.

“İntizamsızlıq məsələsi deyil. Əsl səbəbini mən də bilmirəm. Azərpaşa Nemətov teatra baş rejissor gələndə gələndə mənə demişdi ki, aktyor kimi xoşuma gəlmirsiz, sizlə işləmək istəmirəm. Mən sadəcə münasibətini bilirəm ki, məni aktyor kimi bəyənmir.

Teatrda yaşanan proseslərə gəlincə, heç vaxt olanlara nə mövqe bildirməmişəm nə də heç nəyə imza atmamışam. Sakit, başıaşağı işimlə məşğul olan bir adam olmuşam. Amma Azərpaşa Nemətov gəldiyi gündən həmişə məni bu münasibəti ilə təzyiq altında saxlayıb.”

# 915 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #