Filmimiz beynəlxalq film festivalının qalibi oldu

Filmimiz beynəlxalq film festivalının qalibi oldu
23 avqust 2019
# 10:36

Azərbaycan filmi Sarayevo Beynəlxalq film festivalının qalibi olub.

Kulis.az-ın verdiyi xəbərə görə, Hilal Baydarovun sənədli filmlər proqramında 15 filmlə yarışan “Xurmalar yetişən vaxt” filmi 25ci Sarayevo Film Festivalının “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub.

Azərbaycan Avstriya müştərək istehsalı olan bu sənədli film hər yay olduğu kimi Baydarov və qardaşının, ata evində tək qalmış analarına baş çəkməsindən bəhs olunur.

Qeyd edək ki, festivalda müstəqil Azərbaycan kinosunu təmsil edən daha bir film də - Teymur Hacıyevin “Duz istiot zövqə görə” əsas proqramda bədii filmlər müsabiqəsində yarışırdı.

Festivalın "Ən yaxşı bədii film" nominasiyasında isə Bosniya, Hersoqovina və Niderland istehsalı olan Yena Sendiyareviçin "Məni yaxşı bir yerə apar" filmi qələbə qazanıb. "Ən yaxşı rejissor" olaraq isə isə "Üç bacının hekayəsi" filminə görə türkiyəli rejissor Emin Alpər seçilib.

Xatırladaq ki, Sarayevo festivalı 1995-ci ildən bəri keçirilir və bu il festivalın 25 illiyi qeyd olunur. Hər il 300dən artıq rejissor, prodüser, ssenari yazarı festivalla əlaqədar Sarayevoya toplaşır.

Bu il festivala təqdim olunan 950 filmdən 53-ü müsabiqədə iştirak haqqı qazanıb. Bunlardan 9-u bədii filmlər bölməsində, 14-ü tələbə filmləri bölməsində, 16-ı sənədli filmlər bölməsində yarışıb. Ümumilikdə bu il festivaldaAvstriya, Albaniya, Azərbaycan, Bosniya, Ermənistan, Rumıniya, Gürcüstan, Yunanıstan, Moldova, Bolqariya və bir çox başqa ölkələr iştirak edib.

# 2501 dəfə oxunub

Müəllifin son yazıları

# # #