Azərbaycanlı rejissorun filmi Amerikada: “Aporia Kiyamet deneyi” gəlir

Azərbaycanlı rejissorun filmi Amerikada: “Aporia Kiyamet deneyi” gəlir
10 iyun 2019
# 11:46

“Aporia Kiyamet deneyi” filminin təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, qorxu filmi olan “Aporia”-nın ssenarisi və rejissorluğunu Rec Rəvanın etdiyi film, 12 iyuldan Türkiyədə, sentyabrdan Amerikada, noyabrdan etibarən isə Azərbaycan və Avropada nümayiş ediləcək. Filmin istesalçılarının dediklərinə görə film yaxın zamanda MDB ölkələrində də nümayiş etdiriləcək:

“Rusiya, Gürcüstan, İran kimi ölkələrin film paylayıcı şirkətlərindən təkliflər almışıq, hazırda fikirləşirik. Bu sahədə dünyaca məşhur olan şirkətlər “Netfilixs” və “Amazon” ilə patnyorumuz “BDAmerika” danışıqlar aparır”.

Qeyd edək ki, filmi “BDAmerika”, “Sultansoy”, “Canmedia”, “DFGS” şirkətləri istehsal edib.

# 5749 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #