Mədəniyyət Nazirliyi: "Ənvər Həsənova yardım göstəriləcək"

Mədəniyyət Nazirliyi:  "Ənvər Həsənova yardım göstəriləcək"
10 mart 2023
# 11:00

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənova müvafiq yardım edəcək.

Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, nazirlikdən bildiriblər.

"2023-cü il martın 9-da xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ənvər Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılmış və onların istəkləri dinlənilmişdir. Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ənvər Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək", - məlumatda vurğulanıb.

Xatırladaq ki, ötən ilin avqustunda səhhətində problem yaranan Xalq artisti xəstəxanaya yerləşdirilmiş, daha sonra öz istəyi ilə evə buraxılmışdı.

O, hazırda evdə müalicə alır.

# 1450 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #