“Seriallarımız gənc nəslin tərbiyəsini pozur” – Nuşirəvan Məhərrəmli

“Seriallarımız gənc nəslin tərbiyəsini pozur” – Nuşirəvan Məhərrəmli
14 noyabr 2019
# 10:23

“Bizim iradlarımızdan sonra telekanal rəhbərləri müəyyən addımlar atmağa çalışırlar. Amma çox təəssüf ki, teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki Azərbaycan ailəsi ancaq belə olmalıdır”.

Kulis.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərəmli APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, serial çəkənlər bu barədə yaxşı-yaxşı düşünməlidirlər: “Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüflə bildirirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!”.

# 2267 dəfə oxunub

Müəllifin son yazıları

# # #