Gürcüstanda kinoteatrlar filmlərin rus dilində nümayişindən imtina edir

Gürcüstanda kinoteatrlar filmlərin rus dilində nümayişindən imtina edir
25 iyun 2019
# 10:26

Gürcüstanda etiraz nümayişi başladığı vaxtdan kinoteatrlar filmlərin rus dilində yayımını dayandırıblar.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin ən iri kinoteatr şəbəkəsi Cavea iyunun 20-dən filmlərin rus dilində yayımlanmasına qadağa qoyub. Bu vəziyyətin nə qədər çəkəcəyi məlum deyil.

Rusiyanın mədəniyyət nazirliyi məsələ ilə əlaqədar açıqlamasında bunları söyləyib: “Mədəniyyət heç bir vaxt siyasi konyukturanın əsiri olmamalıdır.” Nazir həmçinin mədəniyyətin münasibətlərin normallaşmasında körpü olmalı olduğunu da söyləyib.

# 1593 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #