Kitablarla danışmaq mümkün olacaq – Yeni Proqram

Kitablarla danışmaq mümkün olacaq – <span style="color:red;">Yeni Proqram
14 may 2018
# 17:45

Google Araşdırma prqoramının rəhbəri Rey Kuzvel bu günlərdə Googe-un yeni süni zəka proyekti olan “Talk to Books”u təqdim edib.

“Talk to Books” “Kitablarla danışmaq” ideyası üzərində qurulan bir zəka modelidir.

Proyektdə yüz mindən çox kitabdakı 600 milyon söz alınıb semantik alqoritmlə analiz edilir.

Açar kəlmələrlə axtarış sistemi ilə qurulan proqram insanla danışmaq iqtidarındadır. O, insanların təbii dilini başa düşür.

Müəllif “Talk to Books”a suallar verməyi tövsiyə edir. Suallar yalnız lazım olan bilgilərə ulaşmaq üçün deyil, həm də seçilən kitablarla tanışlıq məqsədi daşıyır. Proqramla ünsiyyətə girən hər kəs asanlıqla öz maraq dairəsinə uyğun olan kitabı tapa biləcək.

# 1311 dəfə oxunub

Müəllifin son yazıları

# # #