Neronun sarayında gizli otaq tapıldı - Fotolar

Neronun sarayında gizli otaq tapıldı - Fotolar
15 may 2019
# 10:21

Roma imperatoru Neronun “Qızıl ev” adlıyla məşhur olan sarayını restavrasiya edən arxeoloqlar orada böyük bir gizli otaq aşkar ediblər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, otaq mifik və real canlıların freskaları ilə bəzədilib.

Məkanın yarıdan çox zir-zibillə doludur. Arxeoloqlar qiymətli tapıntıları itirməkdən qoraxaraq oranı təmizləmirlər. Otaq Sfinksin şərəfinə adlandırılıb, yuxarıda isə müqəddəs daş hesab olunan baytil qoyulub. Divarlarda əllərində musiqi alətləri kintavrlar, balıq quyruqlu dəniz atları, quşlar, Pan adlı allah təsvir olunub,

Qıəzıl ev Romada eramızın 64-cü ilində tikilmiş saray kompleksidir. Eramızın 68-ci ilində, Neronun ölümündən sonra saray tərk olunub. 300-dən artıq otağı olan bu sarayın meydançası 1 kilometr kvadrat təşkil edir.

# 2837 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #