“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı
22 sentyabr 2026
# 15:15

Məşhur "Converse" brendi sosial şəbəkələrdə narazılıq yaradan yeni reklam çarxını yayından çıxarıb.

Kulis.az xəbər verir ki, reklam çarxında iştirak edən ”K-pop” ifaçısı Karinanın geyindiyi ətəyin üzərindəki işıq kölgəsi bəzi izləyicilərə irqçi "Ku Klux Klan" təşkilatının papağını xatırladıb.

Onlar həmçinin ayaqqabının tutulma tərzində də irqçi mesajlar gördüklərini yazıblar.

Şirkət rəsmi bəyanat yayaraq səhvini qəbul edib və şəkli bütün platformalardan sildiyini açıqlayıb.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin bir hissəsi isə bu tənqidləri şişirdilmiş adlandırıb.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər