Əzim Əzimzadənin xatirə muzeyinin təmirdən sonra açılışı olacaq

Əzim Əzimzadənin xatirə muzeyinin təmirdən sonra açılışı olacaq
27 aprel 2019
# 14:59

Aprelin 29-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyinin (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra açılışı olacaq.

Mədəniyyət Nazirliyinin köməkliyi ilə muzey binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.

Qeyd edək ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi 1965-ci ildə yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildə qapılarını ziyarətçilərin üzünə açıb.

# 2031 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #