Ölkəmiz beynəlxalq mahnı festivalında

Ölkəmiz beynəlxalq mahnı festivalında
24 aprel 2018
# 10:05

Mayın 7-dən 11-dək Gürcüstanın paytaxtında IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalı keçiriləcək.

Kulis.azın Azərtaca istinadən verdiyi xəbərə görə festival Aleksandr Qaliçin 100 illik yubileyinə və Vladimir Vısotskinin 80 illik yubileyinə həsr olunub.

Ölkəmizi festivalda Cavid İmamverdiyev və Vəfa Məmmədova təmsil edəcək.

Tədbirdə 10 ölkədən musiqiçilər iştirak edəcək.

Qeyd edək ki, festival ilk dəfə 2014-ci ildə keçirilib.

# 904 dəfə oxunub

Müəllifin son yazıları

# # #