Rusiya Federasiyasının Tatarıstan Respublikasına yeni mədəniyyət naziri təyin olunub.
Azərtac “Tatar-İnform” agentliyinə istinadla xəbər verir ki, həmin vəzifəyə milliyyətcə azərbaycanlı olan İradə Əyyubova təyinat alıb.
Daha əvvəl İradə Əyyubova respublikanın Arxiv İşləri üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsini icra edib.
- 4-cü Milli Kitab Sərgisinə hazırlıqlar başladı
- Maestro Niyazi haqqında yeni kitab nəşr olundu
- Bu yaz mən heç kimi sevmədim – Günün şeiri
Qeyd edək ki, İ.Əyyubova 1971-ci ildə Bakı şəhərində anadan olub və Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.