1937-ci ilin rəsmində ayfon tapıldı - FOTO

1937-ci ilin rəsmində ayfon tapıldı - <span style="color:red;">FOTO
28 avqust 2017
# 11:54

İtaliyalı rəssam Umberto Romanonun freskasında (divara çəkilən rəsm) internet istifadəçiləri smartfon tapıblar.

Kulis.Azın rus mətbuatına istinadən verdiyi məlumata görə, söhbət rəssamın 1937-ci ildə çəkdiyi “Mister Pinçon və Sprinqfildlə qarşılaşma” əsərindən gedir. Bu əsər Massaçusets ştatında, Millətlər Birliyinin Hökumət binasında yerləşir.

Rəsmdə bir hindu əlində dördkünc alət tutur. İnsanlar bu alətin iPhone olduğunu düşünür. İstifadəçilərdən biri hesab edir ki, hindunun əlində tutduğu Samsung Galaxy SO smartfondur. Başqa istifadəçilər isə dördkünc alətin güzgü, dini kitab, yaxud da təraş bıçağı olduğunu qeyd ediblər.

# 1226 dəfə oxunub

Müəllifin son yazıları

# # #