“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik
11 dekabr 2024
# 09:15

Türkiyədə hazırda yayımlanan “Siyah kalp” serialının çəkiliş meydançasında aktyorlar arasında gərgin anlar yaşanıb.

Kulis.az xəbər verir ki, serialda “Samet” obrazına həyat verən Burak Sergen “Bünyamin”i canlandıran Bülent Polata hücum edib.

Bülent Polatın meneceri Serhat Uşak çəkilişin ləğv edilməsinə və gərginliyin davam etməsinə səbəb olan mübahisənin əsas səbəbinin daha əvvəl "Hudutsuz Sevda" serialında birlikdə çəkilən Burak Sergen ilə Esra Dermancıoğlu arasında olduğunu açıqlayıb:

“Hadisə belə baş verib. Esra xanım və Burak bəy çəkiliş meydançasına gəlməmişdən əvvəl oteldə mübahisə edib və məkana gərgin halda gəliblər. Bülent bəy komik səhnə oynayanda iki operator və Esra xanım gülüb və çəkiliş dayanıb. Qısa müddət olduğu üçün çəkilişə yenidən start verilib. Burak Esra xanıma yüksək səslə qışqırdıqdan sonra o, qorxduğu üçün səhnəni yerinə yetirə bilməyib. Burak bəy daha da bərkdən qışqıranda Bülənt bəy hava almaq üçün çölə çıxıb. Qayıdanda Burak bəy Bülentə hücum edib. O isə müqavimət göstərmədən seria rəhbərliyindən məsələni həll etməyi xahiş edib. Bülənt bəy əslində bu hadisədən kənardadır. O, hadisə yerində olduğu üçün məsələdə adı çəkilib. Heç kimlə mübahisə etməyib. Burak bəy əsəblərinə hakim ola bilməyib".

# 341 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #