Ölkəmizdə Umberto Eko biabırçılığı - FAKT

Ölkəmizdə Umberto Eko biabırçılığı - <span style="color:red;">FAKT
19 iyul 2017
# 10:47

Umberto Ekonun dünyaca məşhur “Qızılgülün adı” romanı “Qanun” nəşriyyatında Azərbaycan dilində təkrar nəşr edilib.

Samir Bulud tərəfindən dus dilindən çevrilən romanın ilk nəşri 2012-ci ildə reallaşıb. Ötən beş il ərzində dünyada bestseller hesab olunan əsər ölkəmizdə cəmi min nüsxə satılıb.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu rəqəmi biabırçı adlandırıb: “Vaxt bir az qısa olsaydı, nəzərə almaq olardı. Beş ilə min nüsxə biabırçı rəqəmdir.”

Bununla belə Umberto Eko Azərbaycanda ən çox oxunan intellektual yazıçı hesab olunur. Onun tanınıb sevilməsində yazıçı-tədqiqatçı Nərmin Kamalın “Eko və postmodernizm fəlsəfəsi” kitabının ciddi rolu vardır. Xatırladaq ki, bu kitab da “Qanun” nəşriyyatında təkrar nəşr olunub.

Image result for eko və postmodernizm fəlsəfəsi

# 1293 dəfə oxunub

Müəllifin son yazıları

# # #