Muğamla bağlı qanun layihəsi geri qayıtdı

Muğamla bağlı qanun layihəsi geri qayıtdı
29 yanvar 2018
# 14:06

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, 2011-ci ildən hazırlanaraq müzakirə edilən qanun layihəsinin son variantı barədə xəbər verən komitə sədri Rafael Hüseynov bildirib ki, layihə üzərində bir qədər də iş aparmaq lazımdır.

Qeyd olunub ki, muğam sənətinin statusu, dövlət təminatı və təsnifatı vahid qanun layihəsində təsbit olunub.

Qanun layihəsi üzərində iş aparılması üçün müvafiq şöbəyə qaytarılıb.

# 935 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #