Afra Saraçoğlu və Engin Akyürekdən sürpriz layihə: "İstanbul Aşkım"

Afra Saraçoğlu və Engin Akyürekdən sürpriz layihə: "İstanbul Aşkım"
18 iyun 2025
# 17:32

Baş rollarında Engin Akyürek və Afra Saraçoğlunun olduğu “İstanbul Aşkım” adlı orijinal mini serial iyunun 19-dan etibarən "Go Türkiye" yutub kanalında yayımlanacaq.

Kulis.az xəbər verir ki, İstanbulu dünyada tanıtmaq üçün çəkilən Yaxın Şərq və Avropa da daxil olmaqla müxtəlif coğrafiyalarda tamaşaçılarla görüşəcək mini serialın rəqəmsal kampaniya strategiyası ilə xaricdəki tamaşaçılara təqdim ediləcəyi bildirilib.

Ozan Açıktanın çəkdiyi serialın Çırağan Sarayı, "Rixos"Gəmiqayırma Zavodu, Qalataport, AKM Taksim, Karaköy, Boğaziçi və Beyoğlu kimi İstanbulun simvolik və tarixi yerlərində çəkildiyi bildirilib.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #