Azərbaycanlı rejissor beynəlxalq festivalda münsif olacaq

Azərbaycanlı rejissor beynəlxalq festivalda münsif olacaq
26 yanvar 2018
# 15:53

Tanınmış rejissor Şamil Əliyev Noida Beynəlxalq Kinofestivalına münsiflər heyətinin üzvü olaraq dəvət olunub.

Kulis.azın verdiyi xəbərə görə, bu il 5-ci dəfə keçiriləcək festivalın yekun mərasimi fevralın 12-də Hindistanın Dehli şəhərində baş tutacaq.

Xatırladaq ki, 2015-ci ildə Ş.Əliyevin "Çölçü" filminə görə, 2-ci Noida Beynəlxalq Kinofestivalının “Ən yaxşı rejissor” mükafatını qazanmışdı.

# 1308 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #