Neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqqında serialın hazırlıq mərhələsi davam edir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 8 seriyadan ibarət olan film Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunur.
- Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşdü
- Ağdamda Kino Evi yaradılacaq
- Sabir Rüstəmxanlı: "Ermənilər dini ayələri türkcə yazırdılar"
“Film ortaq layihədir - Bakı Media Mərkəzi də daxil olmaqla bir neçə istehsalçısı var. Bildiyiniz kimi, 2023-cü ildə neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi planlaşdırılır. Serialın da o tarixdə hazır olması nəzərdə tutulur”, - məlumatda vurğulanır.