[b]Londonda tarixi Qurani-Kərimin satışı dayandırıldı[/b]

[b]Londonda tarixi Qurani-Kərimin satışı dayandırıldı[/b]
26 oktyabr 2017
# 10:05

Məşhur osmanlı xəttatı Mustafa Dədə tərəfindən 16-cı əsrdə qələmə alınan və Londondakı Christies muzeyində saxlanılan tarixi Qurani-Kərim nüsxəsinin satışa çıxarılması işi dayandırıldı.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, hərrac məqsədi ilə tamaşaçılara təqdim olunması planlaşdırılan kitabın gözlənilmədən siyahıdan çıxarıldığı bildirilib. Muzey rəsmiləri bunun səbəbləri barədə heç bir açıqlama verməyiblər

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin Mədəniyyət Nazirliyi sözü gedən Quran nüsxəsinin İngiltərəyə qanunsuz yollarla aparıldığı barədə iddia qaldırmışdı.


Ehtimal olunur ki, kitabın satışını da bu səbəbdən dayandırılıb.

# 1053 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #