"Mona Liza" ilə bağlı yeni məlumatlar üzə çıxdı

"Mona Liza"  ilə bağlı yeni məlumatlar üzə çıxdı
12 oktyabr 2023
# 10:32

Alimlər Leonardo Da Vinçinin "Mona Liza" portretini çəkərkən istifadə etdiyi üsullarla bağlı yeni məlumatlar əldə ediblər.

Kulis.az xəbər verir ki, Fransa və İngiltərə tədqiqatçıları portretin yuxarı sağ küncündə insan saçının diametri ilə bağlı bölməni araşdırıblar.

Nəticədə, "Mona Liza" rəsminin ilk boya qatında nadir birləşmə olan plumbonakrit kimyəvi maddəsini aşkar ediblər.

Məlumdur ki, qurğuşun oksidinin əlavə məhsulu olan plumbonakrit yağlı boya ilə qarışdırıldıqda kətan üzərində qalın təbəqə əmələ gəlir.

Mona Liza ilə bağlı yeni tapıntılar: Da Vinçinin istifadə etdiyi texnika üzə çıxdı - 4

Tədqiqatın baş müəllifi Viktor Qonzales sənət tarixçilərinin daha əvvəl iddia etdiyi "Rəssam portret üzərində işləməyə başlayanda boyasını qalınlaşdırmaq və qurumasına kömək etmək üçün qurğuşun oksidi tozundan istifadə etmiş ola bilər" fərziyyəsini təsdiqləyib.

Məşhur rəssamın rəsmlərinin hər birinin texniki baxımdan tamamilə fərqli olduğunu bildirən Qonzales, "Mona Liza"nın xüsusi bir tapıntı olduğunu qeyd edib.

Mona Liza ilə bağlı yeni tapıntılar: Da Vinçinin istifadə etdiyi texnika üzə çıxdı - 7

İtalyan incəsənəti üzrə ekspert Carmen Bambak da araşdırmanı yüksək dəyərləndirib.

Bambak bildirib ki, Leonardo Da Vinçinin rəsm texnikası ilə bağlı yeni tapıntılar son dərəcə əhəmiyyətlidir.

# 1449 dəfə oxunub

Müəllifin son yazıları

# # #