“Yahşi Cazibə”nin aktyoru Bakıda: “Məni çox sevirlər”

“Yahşi Cazibə”nin aktyoru Bakıda: “Məni çox sevirlər”
30 avqust 2017
# 13:23

Azərbaycan tamaşaçısına “Yahşi Cazibə” serialından tanış olan, Türkiyənin məşhur aktyoru Gökçe Özyol Bakının qonağıdır. “O kuş buraya gelecek” filminin çəkilişləri üçün paytaxtımıza təşrif buyuran aktyor musavat.com saytının suallarına cavab verib.

Onunla söhbətə Bakı haqda təəssüratından başladıq:

- Bakı haqqında çox məlumatım yoxdur. Buraya ilk dəfə gəlmişəm. Çəkilişlərdən vaxt tapdıqca gəzəcəyəm. Bakının ətləri çox məşhurdur, onun dadına baxmaq istəyirəm.

- Film və rolunuz haqqında nələr deyə bilərsiniz?

- Filmin Azərbaycan kino sahəsinə yenilik gətirəcəyini düşünürəm. Çünki keyfiyyətli iş ərsəyə gətiririk. Bayram xarakterini canlandırıram. Gözü yüksəklərdə, iş yoldaşlarını küçümsəyən, burnu havada, sevimsiz bir xarakterdir.

- Azərbaycanlı aktyorlarla necə ünsiyyət qura bildinizmi?

- Hər şey çox gözəldir. Problemsiz çalışırıq. Hamısı yaxşı insandır.

- Sizi Azərbaycan tamaşaçısı “Yahşi cazibə” srialından tanıyır. Bakıda sizə olan diqqətdən razı qaldınızmı?

- Vallah, məni çox sevirlər, hava limanında şahidi oldum. Çox insan tanıyır məni, sevdiklərini dilə gətirirlər. Bu da məni xoşbəxt edir.

- Sizə qarşı bu qədər sevgi olacağını düşünürdünüz?

- Bu qədərini gözləmirdim, sürpriz oldu. Bakıda bu qədər tanındığımı bilmirdim.

- Sizin ekran işlərində bənzər obrazlarınız var, çox zaman pəltək danışan obrazı canlandırırsınız.

- “O kuş buraya gelecek” filmində də pəltək kişi obrazını canlandıracağam. Çünki rejissor elə olmağımı istədi.

- Film ilk olaraq Türkiyədə, yoxsa Bakıda nümayiş olunacaq?

- İlk olaraq Türkiyədə nümayiş olunacaq. Maraqlı film gözləyir tamaşaçıları. Hər kəsi dekabrda kinoteatrlarda gözləyirəm.

Musavat.com.

# 1147 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #