Baldızını qaçırdan qatıqsatan – Qeyri-adi başlıqlar

Baldızını qaçırdan qatıqsatan – <span style="color:red;">Qeyri-adi başlıqlar
5 fevral 2018
# 14:40

Bu əsələr bizim “İP-yə işləyən” saytlarda yayımlansaydı hansı başlığı qoyardılar? Kulis.az öz versiyalarını təqdim edir.

M.Servantes. “Don Kixot” – Kitab oxudu, dəli oldu

Image result for “Don Kişot”

V. Şekspir. “Hamlet” – Anasını əmisi ilə tutan, qohumunu öldürən şahzadə

Image result for “Hamlet”

Q.Flober. “Madam Bovari” - Ərinin pullarını aşnalarına xərcləyib intihar edən qadın

Image result for "Madam Bovari" kitab

O. Blzak. “Qorio ata” – Atasının yasına gəlməyən naxələf qızlar

Image result for Balzak "Qorio ata"

V.Hüqo. “Səfillər” – Çörək oğrusu, dişlərini satan fahişə, intihar edən polis

Image result for "Səfillər"

L.Tolstoy. “Dirilmə” - Fahişənin dalınca Sibirə gedən məhkəmə işçisi

Image result for L.Tolstoy. “Dirilmə”

L.Tolstoy. “Anna Karenina” – Məmur ərini zabitə dəyişən rus qadın

Image result for L.Tolstoy. “Anna Karenina”

F.Dostoyevski. “Cinayət və Cəza” - Fahişənin qabağında diz çökən qatil tələbə

F.Dostoyevski. “Karamazov qardaşları” – Eyni qadına vurulan ata və oğul

Image result for F.Dostoyevski. “Karamazov qardaşları”

M.Bulqakov. “Master və Marqarita” – Şok: Moskvada şeytan göründü

Image result for M.Bulqakov. “Master və Marqarita”

C.Məmmədquluzadə. “Ölülər” – 9 yaşlı qızla evlənən şeyx

H.Cavid. “Şeyx Sənan” – Xristian qızına görə donuz otaran ərəb şeyxi

İ.Hüseynov. “İdeal” – Qardaşı oğlunun sevgilisinə göz dikən Stalin silahdaşı

İ.Şıxlı. “Dəli Kür” – Başqasının arvadını qaçırıb bacısını namus üstündə öldürən ağa

Image result for İ.Şıxlı. “Dəli Kür”

Elçin. “Ölüm hökmü” – Oğlunun qəbrinə qızıl basdıran repressiya qurbanı

Image result for Elçin. “Ölüm hökmü”

O.Pamuk. “Kafamda bir tuhaflıq” – Baldızını qaçırdan qatıqsatan

Image result for “Kafamda bir tuhaflık”

# 1053 dəfə oxunub

Müəllifin son yazıları

# # #