Keyt Uinslet qadınların açıq-saçıq geyimini tənqid etdi

Keyt Uinslet qadınların açıq-saçıq geyimini tənqid etdi
4 may 2018
# 11:10

Keyt Uinslet Hollivud aktrisalarını açıq-saçıq geyimə görə qınadı.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “Titanik” filminin 42 yaşlı ulduzu açıq-saçıq geyimə sərt etirazını bildirib.

“Bir qadının özünü bu cür təqdim etməsi mənim xoşuma gəlmir” – Keyt Uinslet deyib. “Mən hansısa yerə gedəndə ordakı söhbətlərə maraq göstərirəm, daha kiminsə məni bəyənməsinə deyil”. – sənətçi əlavə edib.

Keyt Uinslet geyim məsələsinə görə keçən il xərçəngdən rəhmətə getmiş anasına təşəkkür edib: “Anam həmişə deyirdi ki, qışqıran paltarlar geyinmə. Bu heç xoşagələn deyil. “Titanik” filminin uğurlu alınmasından sonra mənə dedi ki, əzizim, elə geyimlər geyinmə ki bütün diqqətlər səndə olsun”.

# 1436 dəfə oxunub

Müəllifin son yazıları

# # #