Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq genişləndiriləcək

Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq genişləndiriləcək
27 avqust 2026
# 11:45

Laçın Beynəlxalq Film Festivalı çərçivəsində iki ölkə arasında kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalanıb.

Kulis.az xəbər verir ki, sənədi festivalın direktoru, Laçın şəhərində yerləşən “Hoçazfilm” yaradıcılıq studiyasının rəhbəri Amil Amal və özbəkistanlı prodüser Eldar Yuldaşev imzalayıblar. Sənədə əsasən, “Hoçazfilm” tərəfindən istehsal olunan filmlərin Özbəkistan kinoteatrlarında nümayiş etdirilməsi nəzərdə tutulub.

Sənədin imzalanması Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığın inkişafı, film mübadiləsinin genişləndirilməsi və iki ölkənin kino sənayesi nümayəndələri arasında yaradıcı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər