Tanınmış şairlərimiz beynəlxalq şeir festivalında

Tanınmış şairlərimiz beynəlxalq şeir festivalında
2 oktyabr 2017
# 10:27

3-7 Oktyabr tarixlərində İstanbulda Beyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı keçiriləcək.

Kulis.az- ın məlumatına görə festivalda Azərbaycanı şairlər Şəhriyar del Gerani və Fərid Hüseyn təmsil edirlər.

Festivalın ilk günü Grand Perada Gülten Akın, Cemal Süreya, Rasim Özdenören kimi məşhur türk yazar və şairlərin gənc yaşlarında yazdıqları ilk əsərləri "İlk Əsərlər Sərgisi" adı ilə ədəbiyyatsevərlərə təqdim olunacaq. Festivalda 42 ölkədən 300-dək şair iştirak edəcək.

Festival çərçivəsində Grand Pera, Əhməd Həmdi Tanpınar Kitabxanasın, Goethe İnstitutu Kitabxanası, Mephisto Kafe, İnsan Kitabevi, Fatih Pages Kitabevi, Caddebostan Mədəniyyət Mərkəzi və Pera Muzeyində şeirlər oxunacaq və imza günləri təşkil olunacaq.

Xatırladaq ki, Şəhriyar del Gerani Kulis.azın əməkdaşıdır.

# 1017 dəfə oxunub

Müəllifin son yazıları

# # #