"Varner Brosers" “Coker” filmini 16 nominasiyada “Oskar” mükafatına namizəd təqdim etmək kompaniyasına başlayıb.
Kulis.az-ın verdiyi xəbərə görə, şirkət filmin “ən yaxşı film”, “ən yaxşı rejissor”, “ən yaxşı aktyor”, “ikinci planda ən yaxşı aktyor”, “ikinci planda ən yaxşı aktrisa”, “ən yaxşı ssenari”, “ən yaxşı montaj işi” kimi nominasiyalarda yarışa biləcəyini düşünür.
Filmin ekrana çıxmasından sonra bukmeykerlər "Coker"in əsas qəhrəmanını oynayan aktyor Xoakin Feniksi "Oskar"a ən əsas namizəd sayırlar. Aktyoru 18 il ərzində bir dəfə "Oskar"a namizəd təqdim ediblər, amma hələlik onun belə bir mükafatı yoxdur.
“Coker” filminin hansı kateqoriyalarda yarışmaya düşüb-düşməyəcəyi isə 2020-ci ilin 13 yanvarında, Amerika Kinoakademiyası yekun siyahını təqdim edəndə bəlli olacaq.