Gənc gürcü yazıçısı nüfuzlu ədəbiyyat mükafatı qazanıb

Gənc gürcü yazıçısı nüfuzlu ədəbiyyat mükafatı qazanıb
27 may 2019
# 13:02

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, gənc gürcü yazıçısı Beka Adamaşvili Əbəbiyyat üzrə Avropa İttifaqı mükafatına layiq görülüb.

Mükafatın maddi dəyəri beş min avrodur. Bununla yanaşı qalibin kitabı da xarici dillərə tərcümə olunacaq.

29 yaşlı Beka Adamaşvili bu mükafata layiq görülən ilk gürcü yazıçısıdır.

Marketinq sahəsində də böyük uğur qazanan Adamaşvili müsabiqəyə "Bu romanda hər kəs ölür" romanı ilə qatılaraq qalib olub. Romanın qəhrəmanı Momente Mori Cülyetta, Şerlok Holms kimi ədəbi obrazları ölümdən çəkindirməyə, xilas etməyə çalışır.

# 2102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #