Suyla işləyən maşın ixtira etdi, müəmmalı şəkildə öldü

Suyla işləyən maşın ixtira etdi, müəmmalı şəkildə öldü
29 aprel 2019
# 15:48

24 avqust 1940-cı ildə ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində dünyaya göz açan Stanley Meyer (Stanley Allen Meyer) orta məktəbi Grandview Heights-da bitirib. Daha sonra Ohayo Dövlət Universitetinə (Ohio State University) qəbul olub. Və universiteti fərqlənmə ilə bitirib öz ixtisası üzrə çalışıb.

Mühəndis kimi Stanley Meyerin patentini aldığı bir çox ixtiraları ilə diqqət mərkəzindəydi. Amma onun ölümünü müəmmalı edən, bəlkə də ölümünə səbəb olan ixtira su ilə işləyən motor idi. Motor su içində bölünmüş oksigen və hidrogen atomları ilə işləyirdi. Təsəvvür edin, maşınınızı işə salmaq üçün kran suyundan istifadə etmək belə kifayətdir.

Stanley Meyer patenti almaq üçün müraciət edir. Bir müddət sonra Pentagonda işləyən bir şəxs onunla görüşmək üçün Meyerlə əlaqə saxlayır. Mühəndislə görüşməsi üçün bir polkovnik göndərirlər. Görüşdə bu ixtiranın “Ulduz müharibələri müdafiə proqamı”nda və ordunun tanklarında istifadə olunması müzakirə edilir. Amma Meyer bu ixtiranın əhaliyə açıq bir ixtira olmasını və biz etməzsək başqa ölkələrin edə biləcəyini deyir.

Bu ixtiranın 1996-cı ildə ABŞ-ın patent qurumu tərəfindən təsdiqlənməsinə baxmayaraq investorlar kəşfin heç bir yenilik olmadığını deyərək Meyeri məhkəməyə verirlər. Məhkəmə zamanı səsi qeydə alan cihazın işləməməsi, Meyerin izahatının qeydə alınmaması və hakimin məhkəmə prosesini tez tərk etməsi kimi hallar yaşanır. Meyerin növbəti müraciəti də nəticəsiz qalır. O, saxtakarlıqda günahlandırılır və məhkəmə onun bu ixtirasına qoyulan yatırımın investorlara geri qaytarılmasına qərar verir. Hətta buna görə Meyerə 25.000 dollar pul cəzası da verilir.

20 mart 1998-də Meyer qardaşı və başqa 2 şəxslə evinin yaxınlığındakı bir restoranda axşam yeməyində görüşür. Görüş zamanı Meyer öz içkisindən içdikdən bir müddət sonra restorandan qaçaraq çıxır və “Məni zəhərlədilər” deyərək yıxılıb ölür. Amma onun ölümü anevrizma (arterial damarın şişməsi – red) olaraq qeydə alınır.

Meyer öldükdən sonra bu ixtirasından geridə qalan materiallar o qədər çox idi ki... Başqası bu materialların üzərində işləyib layihəni inkişaf etdirə bilərdi. Lakin bütün materiallar da onun ölümü ilə birlikdə yox oldu.

2008-ci ildə Dr.Steven Greer və Orion layihəsi Meyerin ixtiralarını həyata keçirdiyi mülkü auksionda almaq istəsə də, müəmmalı bir mənbənin təklif etdiyi qiymətə uduzdu.

Çox maraqlıdır ki, Meyerin sağ olduğu zaman düzəltdiyi avtomobilin motoru su ilə işləyən motor idi və həmin avtomobil London Queen Mary Universitetinin Elektrik Mühəndisliyi professoru və Kral Mühəndislik Akademiyasının üzvü olan Michael Laughton tərəfindən araşdırma üçün Londonda qəbul edildi. Lakin araşdırma əsassız bəhanələrlə dayandırıldı.

Ən maraqlısı isə odur ki, Meyerin patentinin vaxtı bitib və artıq hər kəsə açıqdır, amma heç bir avtomobil şirkəti bundan istifadə etmir.

Tərcümə: Zakir Abışlı

# 2939 dəfə oxunub

Müəllifin son yazıları

# # #