Anar yenidən namizəd oldu

Anar yenidən namizəd oldu
13 iyun 2014
# 11:25

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar qurumun iyunun 17-də keçiriləcək qurultayında yenidən sədrliyə namizədliyini irəli sürəcək.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, Anar bildirib ki, namizədliklə bağlı ona çoxsaylı suallar ünvanlansa da, o, indiyədək qərarını açıqlamamışdı: “Anar müəllim bildirib ki, Yazıçılar Birliyinin növbəti beş ildə sədrliyi üçün qurultaya öz namizədliyini irəli sürəcək. Qurultay nümayəndələri onu yenidən bu postda görmək istəsələr və səs versələr, əlbəttə, yenidən sədr postunda seçilmək istəyər”.

X.Rza əlavə edib ki, birliyin 80 illik yubileyi münasibətilə xalq yazıçısı və digər fəxri adlarla bağlı təqdimatlar artıq göndərilib.

Xatırladaq ki, Anar Kulis.Az-a verdiyi açıqlamada namizədliyini qurultayda irəli sürəcəyini bildirmişdi.

# 1668 dəfə oxunub

Müəllifin son yazıları

# # #