“Qadın gülərsə...” müsabiqəsinə yazı qəbulu başa çatıb

“Qadın gülərsə...” müsabiqəsinə yazı qəbulu başa çatıb
11 mart 2019
# 13:03

Xəbər verdiyimiz kimi, Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Bəhailəri Dini Mərkəzi görkəmli Azərbaycan şairi Hüseyn Cavidin ölməz misralarından çıxış edərək “Qadın gülərsə...” adlı yazı müsabiqəsi elan edib.

Müsabiqəyə yazıların qəbulu martın 10-da bitib.

Fonddan Kulis.aza verilən xəbərə görə, müsabiqəyə ümumilikdə 68 yazı göndərilib. Hazırda göndərilən mətnlər ekspertlər qrupu tərəfindən qiymətləndirilir.

Qaliblər martın 19-da açıqlanacaq.

Xatırladaq ki, müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

Birinci yer (bir nəfər) – 500 azn

İkinci yer (bir nəfər) – 400 azn

Üçüncü yer (üç nəfər) – 200 azn

# 1505 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #