“Bütün yollar Şuşaya aparır...” kitabı nəşr olundu

“Bütün yollar Şuşaya aparır...”

“Bütün yollar Şuşaya aparır...”

16 noyabr 2021
# 14:05

Şuşada keçirilımiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” adlı kitab nəşr edilib.

Yazıçılar Birliyindən Kulis.az-a verilən məlumata görə, kitaba tanınmış qələm və elm adamlarının Poeziya Günləri, eləcə də Şuşa ilə bağlı təssüratları, səfər qeydləri toplanıb.

“Bütün yollar Şuşaya aparır...” kitabı AR Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxış nitqi ilə açılır.

AYB Kitab layihəsinin nəşri olan kitabın redaktoru və ön sözün müəllifi AYB katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.

Kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyilə çap olunub və bu yaxınarda təqdimatı nəzərdə tutulur.

# 1228 dəfə oxunub

Müəllifin son yazıları

# # #