Tarzanın oğlu anasını öldürdü

Tarzanın oğlu anasını öldürdü
17 oktyabr 2019
# 11:01

Tarzan rolunda oynayan aktyor Ron Elinin evində faciə baş verib.

Kulis.az-ın vediyi xəbərə görə, hadisə ailədaxili şiddət zəminində baş verib. Belə ki, iki gün polisə evdəki şiddətlə bağlı çağırış gəlib. Hadisə yerinə çatan polislər yaşlı qadının bıçaqla qətlə yetirildiyini görüblər. Qadının Elinin arvadı olduğu ortaya çıxıb. Eli qətldə oğlanlarından birini günahlandırıb. Polis təqsirləndirilən şəxsi tutarkən oğlan müqavimət göstərib və atışma zamanı həlak olub.

Xatırladaq ki, Ron Eli 1966-68-ci illərdə çəkilmiş eyniadlı serialda Tarzan rolu ilə məhşurlaşıb. Həmçinin aktyor “Fantaziyalar adası”, “Möcüzə qadın”, “Dok Sevic: bürünc adam” filmlərində çəkilib. Aktyorun həyat yoldaşı Valeri Landin isə vaxtilə gözəllik yarışmasında “Miss Florida” adını qazanıbmış Eli ilə nikahdan qadının 3 övladı var idi.

# 2508 dəfə oxunub

Müəllifin son yazıları

# # #