Tanınmış bəstəkarın adı İncəsənət Məktəbinə verilib

Tanınmış bəstəkarın adı İncəsənət Məktəbinə verilib
3 iyul 2019
# 14:42

Bakı şəhərində yerləşən 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Azərbaycan milli musiqi ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın adı verilib.

APA-nın məlumatına görə, Baş Nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

# 1934 dəfə oxunub

Müəllifin son yazıları

# # #