"Taxt oyunları"nın bitməsi aktyoru xəstəxanalıq etdi

"Taxt oyunları"nın bitməsi aktyoru xəstəxanalıq etdi
29 may 2019
# 11:30

“Taxt oyunları” serialında Con Snou obrazını yaradan aktyor Kit Xarrinqton final bölümün yayımlanmasından sonra klinikaya yerləşdirilib.

Kulis.az-ın rus mətbuiatına istinadən verdiyi xəbərə görə, 32 yaşlı aktyor serialın bitməsilə baş qaldıran stres, ruh düşkünlüyü və alkoqolizmlə mübarizə aparır. Serialın bitməsi ona “ağır zərbə olub” və Xarinqton dostuna “Hər şey bitdi” deyərək, məyusluğunu ifadə edib.

Həkimlər ona psixoloji treninqlər koqnitiv-davranış terapiyaları və meditasiyalar təyin ediblər. Xarinqtonun həyat yoldaşı, serialda İqritt rolunda oynayan Rouz Leslinin bu çətin dönəmdə ərini tək buraxmadığı söylənilir.

Bundan əvvəl "Taxt oyunları" layihəsi haqda çəkilmiş sənədli filmdə aktyor Xarrinqtonun serialın final bölümlərinin ssenarisini oxuyarkən göz yaşlarını saxlaya bilmədiyi yayımlanmışdı.

# 2231 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #