Çinarə Əlizadə Varşava Böyük Teatrında çıxış edəcək

 Çinarə Əlizadə Varşava Böyük Teatrında çıxış edəcək
25 avqust 2017
# 10:17

Sentyabrın 15-dən 17-dək və 26-dan 28-dək Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, sentyabrın 15-də və 17-də səhnə əsərində Odetta obrazını Azərbaycanın Əməkdar Artisti Çinarə Əlizadə ifa edəcək. O, sentyabrın 27-də isə Matilda rolunda çıxış edəcək.

Çinarə Əlizadə Moskvada doğulub. O, Natalya Nestereva Yeni Humanitar Universitetinin Rəqs Akademiyasında və Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. Çinarə Əlizadə A.Adanın “Jizel”, L.Minkusun “Bayaderka”, “Don Kixot”, P.Çaykovskinin “Şelkunçik”, “Yatmış gözəl”, S.Prokofyevin “Zoluşka”, D.Şostakoviçin “Qızıl əsr” və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. O, 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.

# 1058 dəfə oxunub

Müəllifin son yazıları

# # #